Azərbaycan və Çinin Sian Limanı əməkdaşlığı genişləndirməyi müzakirə edib

Azərbaycan və Çinin Sian Limanı əməkdaşlığı genişləndirməyi müzakirə edib "Azərbaycan Dəmir Yolları" və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-lərlə Çinin Sian Limanı ilə arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
İnfrastruktur
26 Noyabr , 2024 11:10
Azərbaycan və Çinin Sian Limanı əməkdaşlığı genişləndirməyi müzakirə edib

"Azərbaycan Dəmir Yolları" və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-lərlə Çinin Sian Limanı ilə arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr ölkəmizdə səfərdə olan Çinin Sian Beynəlxalq Liman İdarəetmə Komitəsinin Baş katibi Sun Yiminlə görüşdə baş tutub.

"Sevindiricidir ki, 24 noyabrda Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salındı", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi