Azərbaycan və Polşanın iqtisadi zonaları əməkdaşlıq edəcək

Azərbaycan və Polşanın iqtisadi zonaları əməkdaşlıq edəcək Azərbaycanın Ələt Azad İqtisadi Zonası (AİZ) ilə Polşanın iqtisadi zonası arasında anlaşma memorandumunun imzalanması gözlənilir.
İnfrastruktur
16 Fevral , 2023 15:28
Azərbaycan və Polşanın iqtisadi zonaları əməkdaşlıq edəcək

Azərbaycanın Ələt Azad İqtisadi Zonası (AİZ) ilə Polşanın "Wałbrzych" xüsusi iqtisadi zonası (XİZ) arasında niyyət razılaşması imzalanıb.

“Report” xəbər verir ki, sənədi Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında Ələt AİZ-in səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və "Wałbrzych" XİZ-in icraçı direktoru Mariuş Tomçak imzalayıblar. 

14:18

Azərbaycanın Ələt Azad İqtisadi Zonası (AİZ) ilə Polşanın iqtisadi zonası arasında anlaşma memorandumunun imzalanması gözlənilir.

“Report” xəbər verir ki, bunu Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

"Ələt AİZ iqtisadi inkişaf, Polşa biznesi ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacaq", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, Azərbaycan və Polşa ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdirlər.

"Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində - nəqliyyatda, turizmdə və bir sıra digər sahələrdə investisiyalar üçün əlverişli mühit yaradılıb. Həm Azərbaycan, həm də Polşa vaxtaşırı ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş müxtəlif tədbirlər keçirir. Ölkələrimiz arasında yol xəritəsi imzalanıb. Bu sənəd ikitərəfli münasibətlərin inkişafına yönəlib. Bu gün hökumətimiz həm nəqliyyat sektorunda, həm də enerji və kənd təsərrüfatı sahələrində uğurlu layihələr həyata keçirir. Tərəflər iqtisadi tərəfdaşlıq sahəsində əməkdaşlığı genişləndirməli və gücləndirməlidir. Ərazilərimiz erməni işğalından azad edildikdən sonra ölkəmizin inkişafında yeni səhifə açdıq. Qarabağda genişmiqyaslı yenidənqurma işləri aparılır. Biz Polşa tərəfini işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməyə və sərmayə qoymağa dəvət edirik”, - deyə K.Heydərov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi