"Şəhər infrastrukturunun inkişaf etdirilməsi həm Azərbaycan, həm də Rusiya üçün aktual məsələdir".
“Report” xəbər verir ki, bunu Rusiya-Azərbaycan İşgüzar Şurasının rəhbəri Aleksey Repik Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.
O, bu baxımdan bugünkü tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Bu tədbir şəhər infrastrukturu sahəsində əməkdaşlığın inkişafına töhfəsini verəcək. Biznesin dəstəklənməsi sahəsində ölkələr arasında dost münasibətlər qurulub. Bu ildə biznes subyektlərinin inkişafı istiqamətində işlər aparılıb”.