Azərbaycan və Yaponiya sudan səmərəli istifadə üzrə əməkdaşlıq edə bilər

Azərbaycan və Yaponiya sudan səmərəli istifadə üzrə əməkdaşlıq edə bilər “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşüb.
İnfrastruktur
19 May , 2022 17:11
Azərbaycan və Yaponiya sudan səmərəli istifadə üzrə əməkdaşlıq edə bilər

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşüb.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, görüşdə su ehtiyatlarından səmərəli istifadənin aktual olduğu bir dövrdə yeni texnologiyaların tətbiqinin mühüm əhəmiyyət daşıdığı qeyd olunub, bu sahədə ixtisaslaşmış yapon şirkətlərinin “Azərsu” ilə əməkdaşlığa hazır olduğu bildirilib.

Tərəflər içməli su təchizatı və tullantı su sektorunda gələcək əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparıb.

Son xəbərlər

Orphus sistemi