Azərbaycanda 9 ayda 5 min paqonometrdən çox uzunluqda mühafizə bəndi tikilib

Azərbaycanda 9 ayda 5 min paqonometrdən çox uzunluqda mühafizə bəndi tikilib Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sahilbərkitmə tədbirləri üzrə 5 325 paqonometr uzunluğunda mühafizə bəndi tikilib.
İnfrastruktur
30 Noyabr , 2023 15:37
Azərbaycanda 9 ayda 5 min paqonometrdən çox uzunluqda mühafizə bəndi tikilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sahilbərkitmə tədbirləri üzrə 5 325 paqonometr uzunluğunda mühafizə bəndi tikilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, mühafizə bəndlərinin 4 763 paqonometri beton, 562 paqonometri isə daş tökmə olub.

Xatırladaq ki, ölkə üzrə 1786,1 kilometr uzunluğunda mühafizə bəndi mövcuddur. Bonunun 935 kilometri Kür çayı, 134 kilometri Araz çayı, 420 kilometri dağ çaylarında qalan hissəsi isə digər çaylardadır. Mühafizə bəndlərində ümumilikdə 155 hidrotexniki qurğu fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi