Azərbaycanda 9 ayda dəmiryol keçidlərində 16 toqquşma hadisəsi baş verib

Azərbaycanda 9 ayda dəmiryol keçidlərində 16 toqquşma hadisəsi baş verib Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı dəmiryol keçidlərində 16 toqquşma hadisəsi baş verib.
İnfrastruktur
17 Oktyabr , 2024 17:08
Azərbaycanda 9 ayda dəmiryol keçidlərində 16 toqquşma hadisəsi baş verib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı dəmiryol keçidlərində 16 toqquşma hadisəsi baş verib.

"Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, sürücülərin diqqətsizliyinə görə baş verən hadisələr nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.

"Dəmiryol xətlərinə yaxınlaşarkən mütləq gözləyin, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkətə davam edin. Maşinist relslər üzərində hər hansı maneəni gördükdə təcili tormozlama aparsa da, 1 kilometrə yaxın tormoz yolu getdikdən sonra qatarı tam dayandıra bilir.

Ötən illə müqayisədə rəqəmlərdə ciddi azalma olsa da, təhlükəsizliyin təmin edilməsi üçün intensiv maarifləndirmə aparır və hər kəsi təhlükəsizliyimiz üçün həmrəy olmağa çağırırıq", - deyə ADY bəyan edib.

Son xəbərlər

Orphus sistemi