Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı iyulda 12 % artıb

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı iyulda 12 % artıb Bu ilin iyul ayında Azərbaycanda daşınmaz əmlak üzrə 27 065 mülkiyyət hüququ qeydə alınıb.
İnfrastruktur
15 Avqust , 2022 12:16
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı iyulda 12 % artıb

Bu ilin iyul ayında Azərbaycanda daşınmaz əmlak üzrə 27 065 mülkiyyət hüququ qeydə alınıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə 11,9 % çoxdur.

Aylıq göstəricinin 6 311-i ilkin qeydiyyat, 20 754-ü isə təkrar qeydiyyat olub ki, bu da bir il ərzində müvafiq olaraq 26,8 %8,1 % artım deməkdir.

Ümumilikdə ay ərzində fərdi yaşayış və bağ evləri üzrə 3 994, mənzillər üzrə 7 790, torpaq sahələri üzrə 11 448, digər daşınmaz əmlak növləri üzrə isə 833 mülkiyyət hüququ qeydə alınıb.

Hesabat dövründə 21 367 daşınmaz əmlak üzrə texniki pasport tərtib edilib, 366 yüklülük (İcarə, istifadə hüquqlarının qeydiyyatı), 5 612 ipoteka müqaviləsi qeydiyyata alınıb. Bu da ötən ilin may ayının göstəricisi ilə müqayisədə müvafiq olaraq 15,5 %, 12,3 %,41,5 % çoxdur.

Ay ərzində məhdudlaşdırmaya dair dövlət reyestrindən 64 646 arayış (FORMA-1) verilib ki, bu da illik müqayisədə 104,6 % artım deməkdir.

Son xəbərlər

Orphus sistemi