2019-cu ildə Azərbaycanda dövlət xətti ilə dəmir yolu təsərrüfatına 887,366 milyon manat investisiya qoyulub.
“Report” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, bu, 2018-ci illə müqayisədə 20 % çoxdur.
Bu ilin əvvəlinə səhmdar cəmiyyəti üzrə dövlət investisiyalarının məbləği 2 792,824 milyon manat olub. Bu da ötən ilin əvvəlinə nisbətən 46,6 % çoxdur.