Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 1 050-yə çatıb

Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 1 050-yə çatıb Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 35 810 borcalana 1 926,698 milyon manat kredit verib.
İnfrastruktur
7 Oktyabr , 2021 10:01
Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 1 050-yə çatıb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 35 810 borcalana 1 926,698 milyon manat kredit verib.

“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 233,878 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 050 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi