Ölkəmizdə ilk dəfə olaraq ekoloji təmiz avtomobillərin Bakıdan Mingəçevir şəhərinə yürüşü başlayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) sədri Natiq Zərbəliyev deyib.
N.Zərbəliyev bildirib ki, yürüş iştirakçıları yol üstü Göyçay şəhərində və finişdə Mingəçevir şəhərində Ulu öndərin abidələrini ziyarət edəcəklər.
“Bu möhtəşəm layihənin əlamətdar tərəfi isə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə bağlıdır. Layihənin təşkilatı dəstəyi Azərbaycan Avtomobil Federasiyasıdır”, - AADA sədri vurğulayıb.