Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar 56 %-dək artıb

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar 56 %-dək artıb Bu ilin yanvar- mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma kəskin azalıb, yükdaşıma isə artıb
İnfrastruktur
16 Aprel , 2021 12:52
Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar 56 %-dək artıb

Bu ilin yanvar- mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 122,3 min sərnişin daşınıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72 % azdır.

Bildirilir ki, daşımaların 99 %-i dövlət, 1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hesabat dövründə hava nəqliyyatı ilə yükdaşıma 55,6 % artaraq 108,3 min ton olub.

Son xəbərlər

Orphus sistemi