2020-ci ildə Bakı, Sumqayıt və Abşeron arasında 150 avtobus istismarda olub.
“Report” bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə istinadən xəbər verir.
Məlumatda görə, bunlardan Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib. Ümumilikdə il ərzində qeyd edilən istiqamətdə 8 235 000 sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1 566 000, Bakı-Abşeron istiqamətində 3 402 000, Sumqayıt-Abşeron istiqamətində isə 3 267 000 sərnişin daşınıb.
Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə isə 355 istiqamət üzrə 1 030 avtobus istismar olunub və 28 215 000 sərnişin daşınıb.