Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Gəncə şəhərində (1), eləcə də Ağdam və Bərdə rayonlarında (2) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Conco” QSC və “Rabitəinşaat” ASC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 3 milyon manat və 1,2 milyon manat, ümumilikdə isə 4,2 milyon manat ödəniləcək.