Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə yeni açıqlama yayıb.
"Report" açıqlamanı təqdim edir:
12 mart 2021-ci il (saat 16:15)
S/s |
Yolun adı (istiqamətlə) |
Mövcud vəziyyəti |
1 |
Bakı - Quba - Rusiya ilə dövlət sərhədi |
Hal-hazırda marşrut boyu zəif qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 4 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz qum səpilərək nəqliyyatın hərəkəti təmin olunur. Xınalıq istiqamətində yol boyu qar yağır, 8 dərəcə şaxta var. Yolun 35-37 km hissələrində 0.6-1 metr arası qar var və bu qarın yoldan təmizlənməsi üzrə işlər yekunlaşmaq üzrədir. |
2 |
Giləzi - Xızı |
Marşrut boyu zəif qar yağır, 5 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər aparılmış, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. |
3 |
Bakı - Qobustan |
Yağıntı yoxdur, güclü külək var. Şaxta 1-2 dərəcə təşkil edir. Yolun 35-45 km hissəsində buzlaşma əmələ gəlmiş, hazırda bu hissədə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. |
4 |
Qobustan - Şamaxı - Muğanlı |
Şamaxı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
5 |
Muğanlı - Ağsu - Yevlax |
Yolun Muğanlı-Ağsu-Göyçay hissəsinə zəif qar yağır, yolda qar yoxdur, Ağsu dolaylarında 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
6 |
Bakı - Ələt - Hacıqabul |
Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
7 |
Hacıqabul – Ucar – Yevlax |
Hacıqabul rayonu ərazisindən keçən hissədə yağış, Ucar və Yevlax rayonu keçən ərazilərdə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. |
8 |
Yevlax – Gəncə - Qazax -Gürcüstan ilə dövlət sərhədi |
Yolun Tovuz-Qazax hissəsində sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
9 |
Muğanlı – İsmayıllı |
Qar yağır, 2-3 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 20-25 sm arasında dəyişir. Gün ərzində yol qardan təmizlənmiş, buz bağlamış sahələrinə, əsasən də meşə zolağından keçən hissələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
10 |
İsmayıllı - Qəbələ - Oğuz - Şəki |
Qar yağır, İsmayıllı-Qəbələ rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 10-25 sm arasında dəyişir. Gün ərzində yol qardan təmizlənmiş, buz bağlamış sahələrinə, eləcə də körpülərə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
11 |
Şəki – Qax – Zaqatala – Gürcüstan ilə dövlət sərhəd |
Zəif qar yağır, yolda qar yoxdur, Şəki və Qax rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
12 |
Yevlax – Şəki (Göybulaq) |
Şəki rayonu ərazisində zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
13 |
Gəncə-Daşkəsən-Xoşbulaq |
Marşrut boyu qar yağır. 5-6 dərəcə şaxta var. Yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. |
14 |
Şəmkir - Gədəbəy |
Marşrut boyu qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. |
15 |
Ələt – Astara – İran ilə dövlət sərhədi |
Yolun Lənkəran-Astara hissəsinə sulu qar və qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
16 |
Masallı – Yardımlı |
Qar yağır, şaxta yoxdur. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
17 |
Lənkəran – Lerik |
Qar yağır, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
18 |
Hacıqabul – Bəhramtəpə – Horadiz |
Yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |