Azərbaycanın hava məkanından istifadə kəskin artıb

Azərbaycanın hava məkanından istifadə kəskin artıb Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi bu ilin iyul ayından sonra hava limanında hərəkətin, o cümlədən Azərbaycan ərazisindən keçməklə tranzit uçuşların sayının artdığını müşahidə edir.
İnfrastruktur
3 Sentyabr , 2020 17:00
Azərbaycanın hava məkanından istifadə kəskin artıb

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi bu ilin iyul ayından sonra hava limanında hərəkətin, o cümlədən Azərbaycan ərazisindən keçməklə tranzit uçuşların sayının artdığını müşahidə edir. 

“Report” bu barədə aeroporta istinadən xəbər verir.

Məlumata görə, hazırda ölkənin hava məkanından ən çox istifadə edən xarici aviaşirkət “Türk Hava Yolları”dır. Koronavirus pandemiyası dövründə bu aviaşirkətin hava məkanından aylıq istifadə göstəricisi 95-ə düşdüyü halda, iyuldan başlayaraq artıb və 220-yə çatıb.

2-ci yerdə isə “Sinqapur Hava Yolları" şirkəti qərarlaşıb. Əgər pandemiya dövründə bu aviaşirkət Azərbaycan üzərindən 100 uçuş həyata keçirmişdisə, iyuldan sonra 200-ə yüksəlib.

Hava məkanımızdan aylıq istifadə göstəricisi "British Airways”də  75-dən 180-ə, KLM-də 45-dən 180-ə, “AirFrance”da 5-dən 170-ə, “China Airlines”da 30-dan -140-a,  “Eva Airways” 80-dən 140-a, “Swiss International Airlines”da isə 60-dan 140-a çatıb.

Son xəbərlər

Orphus sistemi