Azərbaycanın İran Astarasındakı yük terminalında gördüyü işlər üzrə son vəziyyət açıqlanıb

Azərbaycanın İran Astarasındakı yük terminalında gördüyü işlər üzrə son vəziyyət açıqlanıb “Azərbaycan Dəmir Yolları” QSC İran Astarasındakı yük terminalının ərazisində inşa etdiyi taxıl terminalı üzrə işləri 98%, konteyner platforması üzrə işləri isə 40% yerinə yetirib.
İnfrastruktur
10 Mart , 2022 15:41
Azərbaycanın İran Astarasındakı yük terminalında gördüyü işlər üzrə son vəziyyət açıqlanıb

“Azərbaycan Dəmir Yolları” QSC İran Astarasındakı yük terminalının ərazisində inşa etdiyi taxıl terminalı üzrə işləri 98%, konteyner platforması üzrə işləri isə 40% yerinə yetirib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə deyilir ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində 1ədəd iki aşırımlı Bağçasaray körpüsü və 1400 pm uzunluğunda dəmiryol xəttinin tikintisi tamamlanıb, terminalın giriş hissəsində üç aşırımlı Kəmərbəndi körpüsünün tikinti-quraşdırma işlərinin 70 %-i yerinə yetirilib.

Terminal daxilində ümumi uzunluğu 7,7 km dəmiryol xətti inşa olunub, 17 ədəd yoldəyişən quraşdırılıb, sahəsi 1 800 m2 yükdoldurma-yükboşaltma platforması və 300 m2 gömrük binası inşa olunaraq istifadəyə verilib, sahəsi 1 600 m2 olan ofis binasının tikkinti-quraşdırma işləri 55% yerinə yetirilib. Terminalının ərazisindən keçən Virmuni çayının məcrasının dəyişdirilməsi və üzərindən 4 ədəd bir aşırımlı dəmiryol körpüsünün, 1 ədəd bir aşırımlı avtomobil yolu körpüsünün tikintisi üzrə işlərin 65 %-i icra edilib.

Son xəbərlər

Orphus sistemi