Azərbaycanla Qətər arasında aviareyslərin sayı müvəqqəti artırılacaq

Azərbaycanla Qətər arasında aviareyslərin sayı müvəqqəti artırılacaq "Azərbaycan Hava Yolları " QSC (AZAL ) prezidenti Cahangir Əsgərovun Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.
İnfrastruktur
8 İyul , 2022 14:34
Azərbaycanla Qətər arasında aviareyslərin sayı müvəqqəti artırılacaq

"Azərbaycan Hava Yolları " QSC (AZAL ) prezidenti Cahangir Əsgərovun Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

"Report" AZAL-a istinadən xəbər verir ki, görüşdə mülki aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Hazırda “Qatar Airways” aviaşirkəti Doha-Bakı-Doha istiqamətində həftədə 7 reys həyata keçirir. Bu ilin noyabr-dekabr aylarında Qətərdə futbol üzrə Dünya Çempionatının keçiriləcəyi dövrdə aviadaşıyıcının bu marşrut üzrə həftəlik reyslərinin sayının artırılacağı gözlənilir", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib.

Səfir isə mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə və ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi