"Ukrayna Beynəlxalq Hava Yolları" (MAU) şirkəti Kiyev-Bakı-Kiyev marşrutu üzrə aviabilet satışına başlayıb.
“Report” xəbər verir ki, ilk aviareysin oktyabrın 4-də həyata keçirilməsi nəzərdə tutulub.
Birtərəfli biletin qiyməti baqajsız 214 manat, baqajla isə 256 manat təşkil edir.
Bununla belə, aviaşirkətin Bakıdakı nümayəndəliyindən "Report"a bildirilib ki, uçuşlarla bağlı yekun qərar hələ ki yoxdur. Bu qərarın bir neçə gündən sonra qəbul ediləcəyi gözlənilir.