"Azərsu" ASC Bakının Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Protean Construction” ASC-dir.
Qalib şirkətə 12,901 milyon manat ödəniləcək.