"Azərsu": Azərbaycanın fasiləsiz su təminatı 70%-ə yüksəlib

"Azərsu": Azərbaycanın fasiləsiz su təminatı 70%-ə yüksəlib “Azərbaycanda fasiləsiz su təminatı 2011-ci ildəki 2%-dən bu gün 70%-ə yüksəlib”.
İnfrastruktur
1 Fevral , 2021 12:54
Azərsu: Azərbaycanın fasiləsiz su təminatı 70%-ə yüksəlib

“Azərbaycanda fasiləsiz su təminatı 2011-ci ildəki 2%-dən bu gün 70%-ə yüksəlib”.

“Report” xəbər verir ki, bunu “Azərsu” ASC-nin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov deyib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə bu rəqəm 81,6% təşkil edir.

“2016-cı ildə ölkədə enerji tarifləri 50% artırılıb. “Azərsu” ən böyük enerji istehlakçılarından biridir. 2016-cı ildə qəbul olunan qərarla xidmətlərin tarifləri 37% artıb, lakin enerji tariflərinin ümumilikdə 50% artması, şirkətin tariflərin artmasından real effektivliyini 23,6%-ə salıb", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi