“Azərsu” sabahdan gücləndirilmiş iş rejiminə keçir

“Azərsu” sabahdan gücləndirilmiş iş rejiminə keçir “Azərsu” ASC Qurban bayram ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
İnfrastruktur
17 İyul , 2021 11:54
“Azərsu” sabahdan gücləndirilmiş iş rejiminə keçir

“Azərsu” ASC Qurban bayram ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

"Report" quruma istinadən xəbər verir ki, yaxın 4 gün ərzində həm mərkəzi idarə aparatında, həm də regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.

Bu məqsədlə səhmdar cəmiyyətinin sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub. Əhalinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə qarşıdakı günlərdə qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.

"İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 votsap nömrəsi və facebook sosial şəbəkəsi vasitəsilə də müraciətlərini ünvanlaya bilərlər.

Abunəçiərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək", - qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi