“Azərxalça”da yeni təyinat olub

“Azərxalça”da yeni təyinat olub “Azərxalça” ASC-də istehsalat üzrə direktor vəzifəsinə təyinat olub.
İnfrastruktur
10 İyun , 2021 15:59
 “Azərxalça”da yeni təyinat olub

“Azərxalça” ASC-də istehsalat üzrə direktor vəzifəsinə təyinat olub.

"Report" xəbər verir ki, bu vəzifə Əlisəfa Nuriyevə həvalə edilib.

Səhmdar cəmiyyətindən faktı “Report”a təsdiqləyiblər.

Ə.Nuriyev 1984-cü ildə Rusiyadakı Novosibirsk Elektrotexniki Rabitə İnstitunun iqtisadiyyat fakültəsini bitirib və təyinatla uzun müddət Azərbaycan SSR Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə Azərbaycan SSR Plan Komitəsinin Nəqliyyat və Rabitə şöbəsinə rabitə üzrə baş mütəxəssis kimi dəvət olunub. Daha sonra həmin qrumda Makroiqtisadi balanslar şöbəsinin rəhbəri və idarə rəisinin müavini kimi çalışıb.

1995-ci ildə xalq rəssamı professor Kamil Əliyevin dəvəti ilə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat birliyində iqtisadiyyat və istehsalat şöbəsində çalışdıqdan sonra baş direktorun müavini vəzifəsini icra etməyə başlayıb.

1995-2005–ci illər ərzində “Azərxalça” Elmi Yaradıcılıq və İstehsalat Birliyində direktorun birinci müavini vəzifəsində çalışıb.

2005-2016–ci illər ərzində “Azərxalça” ASC yaradılana qədər müəsissənin direktoru vəzifəsini icra edib.

O, 2004-cü ildə “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun hazırlanması və Parlamentdə qəbul olunması prosesində iştirak edib, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə “Xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”ı onun bilavasitə iştirakı ilə hazırlanıb.

Ə.Nuriyev “Azərxalça” Elmi Yaradıcılıq və İstehsalat Birliyinin ləğv olunduqdan müəyyən müddət sonra Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının müdiri kimi çalışıb.

Əlisəfa Nuriyev
Əlisəfa Nuriyev

Son xəbərlər

Orphus sistemi