Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” arasında əməkdaşlıq memorandumu imzalanıb Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti arasında əməkdaşlıq barəsində memorandum imzalanıb.
İnfrastruktur
23 Avqust , 2022 19:03
Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti arasında əməkdaşlıq barəsində memorandum imzalanıb.

"Report" xəbər verir ki, Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı naziri Uskenbayev Kairbek Aitpaeviç, Qazaxıstan Respublikasının Energetika naziri Akçulakov Bolat Uraloviç və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkətinin İdarə Heyətinin sədri Sauranbayev Nurlan Ermekoviç Bakı Limanıda işgüzar görüşdə olubar. Görüş zamanı qonaqlar Bakı Limanın rəhbərliyi ilə görüşüb Bakı Limanı ilə Qazaxstan limanları arasında mövcud olan əməkdaşlıq sahələrini, xüsusi ilə logistika sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi və mümkün birgə layihələrin həyata keçirilməsi məsələlərini birgə müzakirə ediblər.

Görüş zamanı həmçinin, Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti arasında əməkdaşlıq barəsində memorandum imzalanıb. Bu memoranduma əsasən Asiya-Avropa transkontinental marşrutlar üzrə multimodal daşımaların daha da artırılması, nəqliyyat və logistika sahəsində innovativ həllərin tətbiq edilməsi ilə sürətli yükdaşımalarının artırılmasında qarşılıqlı işgüzar əməkdaşlığın inkişafı məsələləri barəsində bir sıra razılıqlar əldə olunub.

Qeyd olunmalıdır ki, hər iki ölkənin limanları arasında yük dövriyyəsi artmaqda davam edir. Belə ki, cari ilin 7 ayı ərzində Bakı Limanı vasitəsi ilə Qazaxıstan üzərindən yükdaşımaların həcmi 1 milyon tondan çox olub ki, bu da 2021-ci ilin analoji 7 aylıq dövrünün göstəricisindən 219,1 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi