Bakı Limanı layihələrə dəstəklə bağlı Avropa İttifaqına təklif göndərib

Bakı Limanı layihələrə dəstəklə bağlı Avropa İttifaqına təklif göndərib “Bakı Limanı 2035 – CO2 zero emission” üzrə uzunmüddətli strategiya çərçivəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyi planlaşdırırıq. Strategiya çərçivəsində bir sıra layihələrə dəstəklə bağlı Avropa İttifaqına (Aİ) təklif göndərilib".
İnfrastruktur
7 Dekabr , 2021 17:24
Bakı Limanı  layihələrə dəstəklə bağlı Avropa İttifaqına təklif göndərib

“Bakı Limanı 2035 – CO2 zero emission” üzrə uzunmüddətli strategiya çərçivəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyi planlaşdırırıq. Strategiya çərçivəsində bir sıra layihələrə dəstəklə bağlı Avropa İttifaqına (Aİ) təklif göndərilib".

Bunu "Report"a açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Aynur Səmədova deyib.

Onun sözlərinə görə, hökumət vasitəsilə Aİ-na həm yaşıl təlim mərkəzinin tikintisi, həmçinin, iqlim strategiyasına dəstək verilməsi üçün müraciət edilib.

“Bakı Limanı 2035 – CO2 zero emission” üzrə uzunmüddətli strategiyanın icrasında məqsəd "Ağıllı Liman" yaradılmasına dəstək göstərilməsidir. Yeni strategiya "Yaşıl liman" istiqamətində əsas baza rolunu oynayacaq. Həmçinin, limanda mövcud ekoloji inkişaf konsepsiyası çərçivəsində havanın keyfiyyətinə nəzarətin gücləndirilməsi, istixana qazlarının emissiyasının 2035-ci ilə qədər “0”a endirilməsi hədəflənib", - deyə A.Səmədova qeyd edib.

Son xəbərlər

Orphus sistemi