Bakı Limanının II fazasının texniki-iqtisadi əsaslandırılması 2023-cü ilədək yekunlaşacaq

Bakı Limanının II fazasının texniki-iqtisadi əsaslandırılması 2023-cü ilədək yekunlaşacaq Bakı Limanının ikinci fazasının tikintisi üçün texniki-iqtisadi əsaslandırma işlərinin bu ilin sonuna və ya gələn ilin əvvəlinə bitməsi gözlənilir.
İnfrastruktur
14 Noyabr , 2022 13:54
Bakı Limanının II fazasının texniki-iqtisadi əsaslandırılması 2023-cü ilədək yekunlaşacaq

Bakı Limanının ikinci fazasının tikintisi üçün texniki-iqtisadi əsaslandırma işlərinin bu ilin sonuna və ya gələn ilin əvvəlinə bitməsi gözlənilir.

"Report" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib.

Onun sözlərinə görə, texniki əsaslandırma hesabına Bakı Limanı üçün tələb olunan körpülərin sayı müəyyənləşəcək: "Texniki-iqtisadi əsaslandırma hazır olduqdan sonra tikinti planı, dizaynı hazırlanacaq. İlkin layihəyəyə əsasən limanın tikintisinin ikinci fazasının yekunlaşdırılması ilə limanın illik yükaşırma gücü 500 000 TEU konteyner də daxil olmaqla 25 milyon tona qədər artırılacaq".

Xatırladaq ki, Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb və bununla da limanın yükaşırma həcmi 100 000 TEU konteynerdə daxil olmaqla illik 15 milyon tona bərabər olub. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.

Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır. Hazırda Bakı Limanı, gələn yük həcmini qarşılamaq imkanında olsa da yaxın gələcəkdə bu həcmin daha çox artacağı ilə bağlı real proqnozlar, Bakı Limanının ikinci fazasının tikintisinə qısa zamanda başlanılmasını zəruri edir.

Son xəbərlər

Orphus sistemi