Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 ədəd nəqliyyat və xüsusi texnikanın satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "AZ-Tex-Import" MMC-dir.
Qalib şirkətə 989 min manat ödəniləcək.
"AZ-Tex-Import"ın bu günə 12 304 manat vergi borcu var.