"Bakı Metropoliteni" QSC hərəkət tərkibləri üçün idarəetmə dövrələri avadanlığının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi Rusiyaya məxsus “AKB LenSpetsavtomatika” MMC-dir.
Qalib şirkətə 50,127 milyon rubl (bugünki məzənnə ilə 1,058 milyo manat) ödəniləcək.