Bakı metropoliteni ötən 2 ayda 34 milyonadək sərnişin daşıyıb

Bakı metropoliteni ötən 2 ayda 34 milyonadək sərnişin daşıyıb Bu ilin yanvar-fevral aylarında "Bakı Metropoliteni" QSC 33,8 milyon sərnişin daşıyıb.
İnfrastruktur
20 Mart , 2023 12:01
Bakı metropoliteni ötən 2 ayda 34 milyonadək sərnişin daşıyıb

Bu ilin yanvar-fevral aylarında "Bakı Metropoliteni" QSC 33,8 milyon sərnişin daşıyıb.

Bu barədə Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.

Xatırladaq ki, Bakı metropolitenində xətlərinin uzunluğu 40,7 kilometr olmaqla, 3 xətt üzrə 27 stansiya var.

Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyalarının sayı isə 76-ya çatacaq.

Son xəbərlər

Orphus sistemi