"Bakı Metropoliteni" QSC müxtəlif növ rabitə, siqnal və güc kabellərinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Sumqayıt Texnologiyalar Parkı" (STP) MMC-yə məxsus “STP Global Cable” MMC-dir.
Qalib şirkətə 1,778 milyon manat ödəniləcək.