Bakı metrosu bu ilin sonuna qədər 17 vaqonunu utilizasiyaya göndərəcək

Bakı metrosu bu ilin sonuna qədər 17 vaqonunu utilizasiyaya göndərəcək "Bakı Metropoliteni" QSC bu ilin sonuna qədər 17 vaqonunu balansından silərək utilizasiyaya göndərəcək.
İnfrastruktur
4 Avqust , 2021 16:09
Bakı metrosu bu ilin sonuna qədər 17 vaqonunu utilizasiyaya göndərəcək

"Bakı Metropoliteni" QSC bu ilin sonuna qədər 17 vaqonunu balansından silərək utilizasiyaya göndərəcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib.

"Bu, 3 qatar və 2 vaqon deməkdir. Vaqonlar istismar müddətini başa vurması ilə əlaqədar müvafiq tələblərə uyğun olaraq balansdan silinəcək", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, metro vaqonlarının orta istismar müddəti 31 ildir. Onlar köhnəldikcə yeniləri ilə əvəz olunur. Hazırda Bakı metrosunun parkında 19 yeni qatar (85 yeni vaqon) mövcuddur.

Son xəbərlər

Orphus sistemi