Bu ilin avqust ayında Bakı metropolitenindən 14 milyon 292 min 400 nəfər sərnişin istifadə edib.
Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata görə, ötən ay gün ərzində orta hesabla 461 min 45 nəfər sərnişinə xidmət göstərilib. Ən çox sərnişin avqustun 31-də (535 min 233), ən az isə ayın 13-də (297 min 668) daşınıb.
Koronavirus (COVID-19) pandemiyası elan edilənə qədər olan sonuncu ilin - 2019-cu ilin avqust ayı ilə müqayisədə 10,4 % az, həmçinin ötən - 2022-ci ilin eyni ayına nəzərən 1,3 % çox sərnişin metrodan istifadə edib.
2023-cü ilin 8 ayı ərzində metro 138 milyon 447 min 320 sərnişin daşıyıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,9 % az, 2022-ci ilin həmin dövrünə nisbətən isə 7,85 % çoxdur.