Bakı metrosu sərnişinlərin davranışıyla bağlı əlavə tədbir görməyə başlayıb

Bakı metrosu sərnişinlərin davranışıyla bağlı əlavə tədbir görməyə başlayıb “Bakı metrosundan istifadə edən şəxslərdən stansiyalarda vaqonların qapılarını tutub saxlamamağı xahiş edirik. Əgər vətəndaşlar buna etməsə, qatarların hərəkətində gecikmə olmaz”.
İnfrastruktur
29 Sentyabr , 2021 15:15
Bakı metrosu sərnişinlərin davranışıyla bağlı əlavə tədbir görməyə başlayıb

“Bakı metrosundan istifadə edən şəxslərdən stansiyalarda vaqonların qapılarını tutub saxlamamağı xahiş edirik. Əgər vətəndaşlar bunu etməsə, qatarların hərəkətində gecikmə olmaz”.

Bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O, bu barədə qatarların vaxtında gəlməməsi ilə bağlı deyilənlərə münasibət bildirərkən danışıb.

“Sərnişinlərin davranışı ilə bağlı rəhbərlik platforma növbətçilərinə tapşırıq verib ki, onlar müntəzəm olaraq vətəndaşlara müraciət etsinlər. Bu müraciətlər həm vaqonların qapılarının tutub-saxlanılmaması, həm də koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq üçün tibbi maskadan düzgün istifadə edilməsi ilə bağlıdır. Qarşıdakı günlərdə bunlar monitorinq ediləcək və lazım gələrsə, elanların verilmə tezliyi artırılacaq”, - deyə B.Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi