“Bakı Metropoliteni” QSC-nin stansiyalarında gediş haqqının bank kartları ilə ödənilməsi üçün tədbirlər görülür.
Bu barədə “Report”a hökumətdəki mənbə bildirib.
Onun sözlərinə görə, artıq "Bakı Kart" əmtəə nişanının sahibi olan "K Group" MMC Bakı metrosunda ilkin sınaq işləri həyata keçirib. Stansiyalardakı turniketlərin proqram təminatı yeniləndikdən sonra NFC (Near Field Communication) ödəniş sistemi tətbiq ediləcək. Bu isə nəinki bank kartları, həmçinin mobil telefon, "ağıllı" saat və üzüklər vasitəsi ilə də ödəniş etməyə imkan verəcək. Bu işlərin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur".