Bakı Nəqliyyat Agentliyi 3,2 mln. manatlıq dəstək xidməti alır

Bakı Nəqliyyat Agentliyi 3,2 mln. manatlıq dəstək xidməti alır Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərində “İctimai Nəqliyyatın İntelektual İdarəedilməsi” sistemi üçün “Sərnişindaşımaları həyata keçirən avtobuslarda quraşdırılmış İKT avadanlıqlarının, köməkçi qurğuların və kommunikasiya xətlərinin 7 gün*24 saat iş
İnfrastruktur
24 Avqust , 2021 18:42
Bakı Nəqliyyat Agentliyi 3,2 mln. manatlıq dəstək xidməti alır

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərində “İctimai Nəqliyyatın İntelektual İdarəedilməsi” sistemi üçün “Sərnişindaşımaları həyata keçirən avtobuslarda quraşdırılmış İKT avadanlıqlarının, köməkçi qurğuların və kommunikasiya xətlərinin 7 gün*24 saat iş rejimində fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə onlara texniki dəstək xidmətlərinin satınalınması” ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" xəbər verir ki, tenderin qalibi "Smartech System" MMC-dir.

Qalib şirkətə 3 249,7 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi