Hazırda paytaxtda 2 nömrəli xətt üzrə 19 avtobus fəaliyyət göstərir. Marşrut xəttinin keçdiyi bəzi yollarda karantin postları var.
Bunu "Report"un sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyindən bildiriblər.
Məlumatda həmçinin deyilir ki, postların qarşısındakı sıxlıq səbəbindən intervalda müəyyən gecikmələr olur: “Bu hal digər xətlərdə də müşahidə olunur. Ona görə fərdi avtomobil sürücülərindən xahiş edirik ki, karantin postlarına yaxınlaşan zaman sağ zolağı avtobuslar üçün boş saxlasınlar. Hərəkətə icazə verən sənədləri vaxtında təqdim etsinlər ki, bu cür narahatlıq doğuran hallarla rastlaşmayaq”.