Hazırda paytaxtın Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
"Kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsi yolda tıxaca səbəb olub.
Əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir.
Vətəndaşların rahatlığını nəzərə alaraq belə hallara yol verən şəxsləri işlərini qanunvericiliklə müəyyən olunan qaydalara uyğun icra etməyə çağırırıq", - deyə qurum bəyan edib.