Bakı Nəqliyyat Agentliyi azarkeşlərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi azarkeşlərə müraciət edib Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır
İnfrastruktur
19 İyun , 2021 14:55
Bakı Nəqliyyat Agentliyi azarkeşlərə müraciət edib
google.az

AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır. Oyun günü azarkeşləri rahat və təhlükəsiz daşınması üçün Bakı Nəqliyyat Agentliyi ekspress marşrut xətləri təşkil edib.

Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

"Bunu nəzərə alaraq azarkeşlərə tövsiyə edirik ki, stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Bəzi azarkeşlər avtomobillərini Bakı Olimiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park edirlər ki, bu da süni nəqliyyat sıxlıqlarına səbəb olur. Bu cür qanunsuz parklanma halları ilə əlaqədar Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının hərəkət intervalında yubanmalar yaranıb. Xüsusi ilə avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub.

Sərnişinlərin rahat daşınması və lüzumsuz yerə vaxt itirməməsi üçün Bakı Olimiya Stadionu ətrafındakı yollarda o cümlədən yolun hərəkət hissəsində, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edilən digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələri nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa təxliyyə olunacaq.

Ümidvarıq ki, hərəkət iştirakçıları tövsiyələri nəzərə alaraq müəyyən edilən qaydalara riayət edərək nəzərdə tutulan nəqliyyat əməliyyatlarının icrasına dəstək olacaqlar", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi