Bakı Nəqliyyat Agentliyi maliyyə hesabatını açıqlayıb

Bakı Nəqliyyat Agentliyi maliyyə hesabatını açıqlayıb Agentlik 2018-ci ili 32,156 milyon manat zərərlə başa vurub
İnfrastruktur
22 İyun , 2021 15:28
Bakı Nəqliyyat Agentliyi maliyyə hesabatını açıqlayıb

2019-cu il yanvarın 1-nə Bakı Nəqliyyat Agentliyinin (BNA) aktivləri 139,699 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə Agentliyin 83 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 2,5 dəfə artaraq 139,616 milyon manata çatıb, o cümlədən 49,068 milyon manatlıq nizamnamə kapitalı formalaşıb, ona dövlət xətti ilə qoyulmuş investisiyalar isə təxminən 2 dəfə artaraq 134,73 milyon manat olub.

Xatırladaq ki, BNA “Paytaxtda nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin 21 dekabr 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında yaradılıb, “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” dövlət başçısının 24 noyabr 2016-cı il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakıda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi