Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq 26 iyul saat 09:00-dan 30 iyul saat 00:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-26 km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara
İnfrastruktur
25 İyul , 2024 16:31
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq

Sabah saat 09:00-dan iyulun 30-u saat 00:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-26 km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi