Bakı Şəhər İcra Hakimiyyəti 4 milyon manatlıq 2 tenderə yekun vurub

Bakı Şəhər İcra Hakimiyyəti 4 milyon manatlıq 2 tenderə yekun vurub Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 87 nömrəli orta məktəbin köhnə korpusunun sökülərək yerində 1 752 şagird yerlik yeni korpusun tikintisi (1), eləcə də Xətai ra
İnfrastruktur
26 Oktyabr , 2020 10:25
Bakı Şəhər İcra Hakimiyyəti 4 milyon manatlıq 2 tenderə yekun vurub

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 87 nömrəli orta məktəbin köhnə korpusunun sökülərək yerində 1 752 şagird yerlik yeni korpusun tikintisi (1), eləcə də Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsindəki 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpası və gücləndirilməsi, ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülərək yeni korpusların (idman və akt zalı ilə) inşası ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "GM Construction" və “TVM İnşaat” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 2 494,1 min manat və 1 496 min manat, ümumilikdə isə 3 990,1 min manat ödəniləcək.

Qeyd edək ki, “TVM İnşaat”ın bu günə 701 452 manat vergi borcu var.

Son xəbərlər

Orphus sistemi