Mayın 31-dən Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən sürət qatarlarının sayı artırılacaq.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumatda deyilir ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətinə 6605, 6607, 6609, 6611 nömrəli, Sumqayıt-Pirşağı-Bakı istiqamətinə isə 6602, 6614, 6616, 6618 və 6626 nömrəli qatarlar əlavə edilib.