Bakının Nəsimi rayonunun 28 May və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır.
"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.