Sabah saat 08:00-dan mayın 1-i saat 20:00-dək Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar sözügedən prospektin Sahib Zeynalov küçəsindən İzzət Həmidov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar adı çəkilən prospektdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda, həmin ərazidə fəaliyyət göstərən 4, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkət sxemində müvafiq dəyişikliklər olunaraq fəaliyyətləri alternativ küçələrlə təşkil ediləcək.