Sabahdan Bakıda 160 nömrəli marşrut xətti ("Koroğlu" NMM - Binə qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Məlumatda deyilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə OBA marketlərdə “BakıKart”ın balansının artırılması üçün POS terminallar quraşdırılıb.