Bakıda piyada keçidlərində sarı döyünən işıq lampaları quraşdırılır

Bakıda piyada keçidlərində sarı döyünən işıq lampaları quraşdırılır Bakıda piyada keçidlərində sarı döyünən işıq lampaları quraşdırılır
İnfrastruktur
25 Avqust , 2020 09:54
Bakıda piyada keçidlərində sarı döyünən işıq lampaları quraşdırılır

Bakı Nəqliyyat Agentliyi (BNA) Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində piyada təhlükəsizliyinin artırılması istiqamətində tədbirləri davam etdirir.

BNA-dan “Report”a verilən məlumata görə, agentlik tərəfindən küçə və prospektlərdə yerləşən nizamlanmayan piyada keçidlərində sarı döyünən işıq lampalarının quraşdırılması işlərinə start verilib. Məqsəd günün xüsusən qaranlıq və toran saatlarında sürücülərin daha diqqətli olmasını və piyada keçidlərini öncədən görməsini təmin etməkdir.

İlkin mərhələdə 100 ədəd nizamlanmayan piyada keçidinə bu cür lampaların quraşdırılması nəzərdə tutulub. Artıq M.Mehdizadə və S.Orucov küçələrində quraşdırma işləri yekunlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi