Bakının Süleyman Əhmədov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Bakının Süleyman Əhmədov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq ​​​​​​​Sabah saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
İnfrastruktur
18 Sentyabr , 2024 15:27
Bakının Süleyman Əhmədov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Sabah saat 06:00-dan Bakının Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmirlə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə “Report” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi