Bakıətrafı kənd və qəsəbələrə yeni avtobuslar xəttə buraxılacaq

Bakıətrafı kənd və qəsəbələrə yeni avtobuslar xəttə buraxılacaq "Bakıya gətirilmiş 9 metrlik avtobuslar xəttə buraxılacaq".
İnfrastruktur
30 Oktyabr , 2021 11:17
Bakıətrafı kənd və qəsəbələrə yeni avtobuslar xəttə buraxılacaq

"Bakıya gətirilmiş 9 metrlik avtobuslar xəttə buraxılacaq".

Bunu “Report”a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, bu gün Bakıda 9 metrlik avtobuslar var: “Həmin avtobuslar 2019-cu ildə imzalanmış müqaviləyə əsasən alınması nəzərdə tutulan 135 ədəd avtobusdan bir qismidir. 135 avtobusun hamısı artıq Bakıya gətirilib. 9 metrlik avtobusların bir neçəsinin Bakının bir neçə qəsəbəsində testi də keçirilib. Bir neçə texniki məsələlər həll edildikdən sonra bu avtobuslar xəttə buraxılacaq. Bakıətrafı kənd və qəsəbələr istiqamətində intensiv iş aparılır ki, həmin avtobuslar qısa zamanda sərnişinlərin ixtiyarına verilsin”.

M.Ağayevin sözlərinə görə, 9 metrlik avtobusların gətirilməsi Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımalarının vəziyyətini yaxşılaşdırılması istiqamətində çox böyük dəstək olacaq: “Çünki Prezident İlham Əliyevin Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların vəziyyəti yaxşılaşdırılması ilə bağlı xüsusi tapşırığı var. 9 metrlik avtobusların alınmasında ən başlıca məqsəd bu istiqamətdə sərnişindaşımaları yaxşılaşdırmaqdır.

Bu avtobusların Binəqədi, Maştağa Ramana, Zabrat kimi ətraf kənd və qəsəbələrin daxilində olan yollarda manevr etmək imkanı daha genişdir. Biz 12 metrlik avtobusları bir neçə dəfə test etmişik. Həmin avtobusların Bakıətrafı və kənd və qəsəbələrin bir çoxunda hərəkət etmək imkanları məhduddur. Lakin 9 metrlik avtobusların isə çox rahat şəkildə manevr etmək imkanları var”.

Son xəbərlər

Orphus sistemi