"Azərsu" ASC Bakının Xəzər rayonunun Qala və Mərdəkan (1), eləcə də Xəzər rayonunun Buzovna və Sabunçu rayonunun Maştağa (2) qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Protean Construction" və "Araz İnşaatçı" MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 9,021 milyon manat və 5,511 milyon manat, ümumilikdə isə 14,532 milyon manat ödəniləcək.