Piyada əlçatanlığının təmin edilməsi məqsədilə 165 küçədə pandus qurulub, 139 küçədə təhlükəsizlik tumbaları, 121 küçədə məhəccər quraşdırılıb, 61 küçənin səkiləri standartlara uyğunlaşdırılıb.
“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O əlavə eidb ki, 65 küçədə yeni səviyyəli piyada səkiləri quraşdırılıb: “14 məntəqədə yeni piyada svetoforları quraşdırılıb. Ümumiyyətlə, görülmüş işlər nəticəsində Bakının 6 rayonunda əlçatanlıq və təhlükəsizlik gücləndirilib. Piyadaların təhlükəsiz hərəkəti 22 % artıb. Piyadaların rahat hərəkəti üçün 130 km səkinin davamlılığı təmin edilib”.