Bakının 8 Noyabr prospektinin bir hissəsində təmir işləri aparılacaq

Bakının 8 Noyabr prospektinin bir hissəsində təmir işləri aparılacaq 26 iyul saat 00:00-dan 30 iyul saat 00:00-dək 8 Noyabr prospektində (Sadıqcan küçəsindən Zığ dairəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
İnfrastruktur
25 İyul , 2024 17:07
Bakının 8 Noyabr prospektinin bir hissəsində təmir işləri aparılacaq

Sabah saat 00:00-dan iyulun 30-u saat 00:00-a qədər Bakının 8 Noyabr prospektində (Sadıqcan küçəsindən Zığ dairəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi